Komandanı Premyer Liqaya qaytara bilmədi, vəzifəsini itirdi

6 İyun 09:40 I Divizion 1 526
Komandanı Premyer Liqaya qaytara bilmədi, vəzifəsini itirdi

«Səbail» Adil Şükürovu baş məşqçi postundan uzaqlaşdırıb.

Buna səbəb onun qarşısına qoyulan məqsədə çata bilməməsidir.

Belə ki, adıçəkilən çalışdırıcı «dənizçilər»i Premyer Liqaya qaytarmağı bacarmayıb. Mövsümün əvvəlində Elvin Məmmədovun yerinə gəlmiş həmkarı Bayıl təmsilçisi ilə I Liqada üçüncü yeri tutub.

«Şəfa» və «Mingəçevir»in gerisində qalan «Səbail»in rəhbərliyi tezliklə yeni seçim edəcək. Şükürov isə özünə başqa yerdə iş tapmalıdır. Əgər tapa bilsə.

Çünki hara gedir, uğursuzluq yaşayır. Ötən mövsümə «Kəpəz»də başlayan Şükürov ard-arda gələn məğlubiyyətlər üzündən oktyabrda Gəncə təmsilçisindən ayrılıb.

«Səbail»lə bağladığı müqaviləyə gəlincə, bu, Premyer Liqaya qayıdış arzusuna söykənmişdi. Hədəfə çatsaydı, «dənizçilər» elitaya da onunla gedəcəkdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!