"Şahdağ Qusar"ın yeni idman direktoru bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Neftçi"nin yetirməsi olan Məhəmməd Bədəlbəyli komandada idman direktoru vəzifəsinə təyin olunub.
Bədəlbəyli MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Şuşa", "Lokomotiv" və "Binə" klublarının şərəfini qoruyub.
O, "Neftçala"nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.
Məhəmməd Bədəlbəylinin legioner təcrübəsi də var. O, Türkiyədə "Türk Birlikspor" və "Bingölspor"un formalarını geyinib.
Məşqçilik fəaliyyətinə "Leon Uşaq Futbol Klubu"nda başlayan Bədəlbəyli daha sonra “Qarabağ” akademiyasının U-17 və U-19 komandalarında çalışıb.

