“Qaçdıq, yorulduq, arada böyük fərq var” – Məğlub komandanın adamı

22:30 I Divizion 146
“Qaçdıq, yorulduq, arada böyük fərq var” – Məğlub komandanın adamı

“Qəbələ”ni təbrik edirəm. Mübariz, döyüşkən komandadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir”in hücumçusu Bahadur Həziyev deyib.

Mayın 28-də Premyer Liqa uğrunda “Qəbələ” ilə “Mingəçevir” arasında baş tutan qarşılaşmada birincilər qalib gəlməyi bacardı.

I Liqanın 2-ci pillədə başa vuran mingəçevirlilərin sürpriz edəcəyinə ümid bəsləyənlər gümanında yanıldı. Oyunboyu üstün görünən qəbələlilər bölgə təmsilçilərinin duelində meydanı 2:0 hesablı qalibiyyətlə tərk etdi.

Vaxtilə Premyer Liqada “Şamaxı” və “Səbail” kimi komandaların formasını geyinmiş 26 yaşlı yarımmüdafiəçi komandasının məğlubiyyətinə konkret səbəb göstərib:

“Qəbələ” bizdən üstün idi. Bu da heyətdəki futbolçuların təcrübəli olmasına görədir. “Qəbələ” illərdir yüksək liqada mübarizə aparır, zəngin təcrübəyə malikdir.

Baş məşqçiləri Azərbaycan çempionu olub, legionerləri də çoxdur. Məhz təcrübənin hesabına qələbə onların oldu.

Biz əsasən döyüşkənliyə və mübarizliyə ümid edirdik. Yalnız bu keyfiyyətlərin sayəsində nəsə edə bilərdik.

Lakin rəqib bizə hücum qurmaq imkanı vermirdi. Çox qaçdıq, yorulduq, “Qəbələ” də bundan maksimum istifadə edib lazım olan qolları vurdu.

Bizdə də təcrübəli futbolçular olsaydı, nəsə etmək olardı. Açıq danışaq, bu gün Premyer Liqa ilə I Liqa komandaları arasında böyük fərq var”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti