Millinin baş məşqçisi yeni boş dayanmadı - FOTOREPORTAJ

17:20 I Divizion 369
Millinin baş məşqçisi yeni boş dayanmadı - FOTOREPORTAJ

Şamaxıda I Liqa uğrunda pley-off matçı keçirilib.

I Liqanı 11-ci pillədə başa vuran “Şimal” II Liqanın ikincisi “Qaradağ-Lökbatan”ı qəbul edib.

Həlledici oyunu izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da olub.

Fürsətdən istifadə edən təcrübəli çalışdırıcı matça canlı baxmaq üçün köməkçisi Elnur Çodarovla birlikdə bölgəyə yollanıb.

Abbasov matçı sona qədər izləyərək köməkçisi ilə fikir mübadiləsi aparıb.

Burada hesabı “Qaradağ-Lökbatan” açsa da, “Şimal” son dəqiqələrdə iki qol vuraraq qələbə qazanıb və I Liqadakı yerini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti