Növbəti mövsüm I Liqada mübarizə aparacaq bütün iştirakçılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, pley-off mərhələsində I Liqanın 9-cusu olan “Şimal” II Liqanı ikinci pillədə başa vuran “Qaradağ Lökbatan”la üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma “Şimal”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi matçda ilk qolu 75-ci dəqiqədə “Qaradağ Lökbatan”ın hücumçusu Rövşən Şahmuradov vurub.
10 dəqiqə sonra isə “Şimal”ın heyətində Rüstəm Hümbətov hesabı bərabərləşdirib. Matçın 90+3-cü dəqiqəsində isə Rəvan Abasov qələbə qoluna imza atıb.
Beləliklə, “Şimal” 2026/2027 mövsümündə də I Liqada mübarizə aparacaq. “Qaradağ Lökbatan” isə II Liqada qalacaq.
“Şimal” - “Qaradağ Lökbatan” 2:1
Şamaxı şəhər stadionu. 230 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Şirin Şirinov, 6 (qeyri-idman hərəkəti); Rüstəm Hümbətov, 64 (qeyriidman hərəkəti) // İsa Zeynallı, 71 (qeyri-idman hərəkəti)
Qollar: Rüstəm Hümbətov, 86; Rəvan Abasov, 90+3 // Rövşən Şahmuradov, 75
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
“Şimal”
27. Elmar Əzizov
4. Elnur İbrahimov
22. Şirin Şirinov (k)
(26. Gülalı Mehrəliyev, 46)
2. Nemət Şıxamirov
71. Cavanşir Şahbazlı
(9. Elşad Əliyev, 46)
28. Nurlan Bayramov
7. Ange Donald Qla
(16. Amil Məmmədov, 73)
8. Pirverdi Seyidov
77. Ceyhun Kəlbəliyev
(70. Rəvan Abasov, 78)
11. Niyazi Osmanov
23. Sebai Senin
(6. Rüstəm Hümbətov, 46)
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
18. Tural Cəlilov
14. Sabir Əlişan
21. Elgün Sadıqlı
88. Arzu Mədətov
Məşqçi: Mehman Səfərov
“Qaradağ Lökbatan”
1. Rafiq Kərimov
6. İsa Zeynallı
3. Nicat Əskərov
14. Fərid Abbaslı (k)
4. Vüsal Hüseynov
8. Ramil Orucov
(70. Cavid Quliyev, 79)
10. Emil Quluzadə
(21. Tural Axvrediyev, 56)
22. İlkin Əliyev
(9. Rövşən Şahmuradov, 56)
48. Ayaz Mikayılov
77. Hakan Həsənov
33. İlham Hüseynov
(27. Sabir Allahquliyev, 79)
Ehtiyat oyunçular:
90. Fərman Bayramov
11. Rəhman Quliyev
15. Vüsal Alızadə
88. İbrahim Ağayarov
Baş məşqçi: Qəzənfər Abbasov

