“Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub.
Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.
“Şəfa” Elgiz Kərəmliyə xidmətlərinə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

