Bu gün I Liqanın növbəti mövsümündə iştirak hüququ qazanan son komanda məlum olub.
Sportinfo.az xəbər verir ki, pley-off oyununda "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşıb.
Şamaxı şəhər stadionunda təşkil olunan matçdan Xaçmaz klubu qalib ayrılıb.
Şamaxı şəhər stadionunda keçirilən matçda "Şimal" 90+3-cü dəqiqədə vurduğu qolla qalib gələrək I Liqadakı yerini qoruyub.
Oyunda VAR sistemi də tətbiq edilib.
2025/26 mövsümündə "Şimal" 1-ci liqada 9-cu, "Qaradağ Lökbatan" isə 2-ci liqada 2-ci yeri tutub.
"Şimal" - "Qaradağ Lökbatan" 2:1
Qollar: R.Şahmuradov, 75 (0:1), R.Hümbətov, 85 (1:1), R.Abasov, 90+3 (2:1)


