Bu gün növbəti mösüm üçün I Liqaya vəsiqə qazanan son komanda məlum olacaq.
Pley-off oyununda "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşacaq.
Şamaxı şəhər stadionunda təşkil olunacaq matç saat 16:00-da start götürəcək. Oyunda VAR sistemi də tətbiq ediləcək.
2025/26 mövsümündə "Şimal" I Liqada 9-cu, "Qaradağ Lökbatan" isə II Liqada 2-ci yeri tutub. Hər iki komandanı mükafat gözləyir.
Bir qrup xaçmazlı iş adamı doğma rayonlarının komandalarına 10 min manat vəd edib.
Qəsəbə təmsilçisi də qələbə müqabilində futbolçularını sevindirəcək. Hərəyə 500 manat - bu, heç də az məbləğ deyil.
SPORTİNFO.AZ

