UEFA finaldan sonra hakimləri söyən baş məşqçiyə ağır cəza verdi

23 İyun 2023 00:10 I Divizion 939
UEFA finaldan sonra hakimləri söyən baş məşqçiyə ağır cəza verdi

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin Avropa Liqasının finalında “Sevilya”ya uduzduqları oyundan sonrakı davranışı səbəb olub.

Final fitindən sonra matçın ingiltərəli baş hakimi Entoni Teyloru təhqir edən 60 yaşlı çalışdırıcı avrokuboklarda 4 oyunluq diskvalifikasiya cəzası alıb.

“Sevilya” – “Roma” görüşünün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq (4:1) oynayan İspaniya təmsilçisi 7-ci dəfə Avropa Liqasının qalibi olub. İtaliya təmsilçisi isə bu oyundakı hakimlikdən kəskin narazı qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti