Bu dəfə afrikalıları… 6:1

17 Yanvar 17:40 I Divizion 1 059
Bu dəfə afrikalıları… 6:1

«Difai» I Liqada mövsümün ikinci yarısına hazırlığı «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında davam etdirir.

Xaqani Məmmədovun çalışdırdığı komanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.

İlk matçda Region Liqasının debütantı «Balaxanı»ya 9:0 hesabıyla qalib gəlmiş «fədailər» yenə meydanı xoş əhval-ruhiyyə içində tərk edib.

Afrikalılardan ibarət kollektivlə duel 6:1 hesabıyla başa çatıb. Qarabağ qazilərinin təmsilçisinin heyətində Xəyyam Məmmədli dubla imza atıb.

Ceyhun Muxtarlı, Tahir Zeynalov, Kristian Kampta və Xəyal Bədirov hərəyə bir dəfə fərqlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!