COP29

Nazim Süleymanovdan əcnəbi qapıçı ilə bağlı QƏRİBƏ ADDIM

22 May 17:20 I Divizion 1 948
Nazim Süleymanovdan əcnəbi qapıçı ilə bağlı QƏRİBƏ ADDIM

Birinci Liqanın 27-ci turunun "İrəvan" - "Karvan" matçında maraqlı olay yaşanıb.

Meydana çıxarmağa 11 futbolçu sayı düzəldə bilməyən meydan sahibləri fərqli yola əl atmalı olub.

Baş məşqçi Nazim Süleymanov ehtiyat qapıçı Süleyman Süleymanovu əsas qapıçı kimi oynadaraq "bir nömrə" kimi görməyə alışdığımız Andrey Sinenkanı isə sahə oyunçusu kimi start heyətində meydançaya buraxıb.

Belaruslu qapıçı mövqeyi ilə bərabər forma nömrəsini də dəyişməli olub.

O, 33 nömrəli qapıçı formasını 6-ya dəyişib.

Hazırda ikinci hissəsi oynanılan matçda qonaqlar qalib gəlir - 5:2.

Sinenkanı isə meydanın hər zonasında görmək mümkündür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti