COP29

"Kim istəyər ki, 1 il əziyyət çəkib sonda uduzsun?"

22 May 02:10 I Divizion 949
"Kim istəyər ki, 1 il əziyyət çəkib sonda uduzsun?"

“Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov “Şamaxı”nın Azərbaycan I Liqasının sonuncu turunda, “Araz Saatlı” ilə oyunda büdrəyəcəyinə inanmır.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında 39 yaşlı mütəxəssis bildirib.

O, həm ötən gün “Şamaxı” klubu ilə keçirdikləri matçı dəyərləndirib, həm də mövsümün son turundan gözləntilərini bölüşüb:

“Çempionatın 80-90 faizində birinci yerdə idik. Futbolçular çox əziyyət çəkdilər, vuruşdular.

Futbol səhvlər üzərində qurulub. Düzdür, komanda uduzursa, günahkar mənəm.

Sadəcə, hesabda öndə olduğumuz bir vaxtda qapıçımız penaltiyə səbəb oldu. Milyonluq futbolçular da səhv edir. Səhvlərimiz səbəbindən birinci yeri əldən verdik”.

Baş məşqçi hakimlikdən heç bir narazılığının olmadığını deyib:

“Futbolçu, məşqçi kimi, hakim də səhv edə bilər. Ancaq biri var qərəz, biri də var bilmədən yol verilən səhv.

Əliyar Ağayevdən heç bir narazlığım yoxdur, oyunu yaxşı idarə etdi. Gələcəkdə hakim kimi ona uğurlar arzulayıram”.

A.Həşimov Şamaxı klubunun liderliyi əldən verməyəcəyini və çempion olacağını bildirib:

“Şamaxı”nın çempion olacağını deyənlərin fikirlərinə hörmətlə yanaşıram. Haradasa onları haqlı da sayıram.

Futbol möcüzələrlə doludur, hər şey mümkündür. Necə ki, “Araz Saatlı” “İmişli”ni öz meydanında məğlub etdi.

İnanmıram ki, “Şamaxı” öz meydanında çempionluq şansını əldən versin. Taleyimiz öz əlimizdə idi.

Qələbə qazanıb heç kimdən asılı vəziyyətə düşməməli idik. Şəxsi fikrimdir ki, bu qələbədən sonra “Şamaxı”nı çempion görürəm”.

O, komandanı növbəti oyuna kökləməkdə çətinlik çəkəcəklərini istisna etməyib:

“Əlbəttə, çətin olacaq. Məşqçiyiksə, futbolçuya motivasiya verməliyik, pis gündə onların yanında olmalıyıq.

Mən də həmişə futbolçularımın yanındayam. Komandada olduğum müddətdə həmişə onlara dəstək verəcəm.

Uşaqların oyundan sonra necə məyus olduqlarını gördüm. Kim istəyər ki, 1 il əziyyət çəkib sonda uduzsun?”

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"