Azərbaycan klubunun baş məşqçisinə sürpriz etdilər - VİDEO

29 Fevral 09:40 I Divizion 913
Azərbaycan klubunun baş məşqçisinə sürpriz etdilər - VİDEO

Bu gün I Liqada 16-cı tura yekun vurulacaq.

Son 3 turda 4 xal toplayan «Difai» Mingəçevirdə eyniadlı komandanın qonağı olacaq.

«Fədailər» dünəndən «işıqlar şəhəri»ndədir. Qarabağ qazilərini təmsil edən kollektiv bu matçdan öncə əlamətdar hadisənin iştirakçısı olub.

Belə ki, baş məşqçi Elgiz Kərəmli növbəti ad gününü Mingəçevirdə qarşılayıb. «Difai»çilər bu münasibətlə çalışdırıcısına sürpriz eləyib.

Qaldıqları oteldə məclis qurulub, tort kəsilib, 32 yaşlı mütəxəssisin ünvaına təbriklər «yağıb».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI