COP29

Problemli komandada son vəziyyət necədir? – Baş məşqçi AÇIQLADI!

14 Yanvar 22:40 I Divizion 698
Problemli komandada son vəziyyət necədir? – Baş məşqçi AÇIQLADI!

“İrəvan”da “yarpaq tökümü” davam edir.

Mövsümün gedişində bir sıra tanınmış futbolçularla yollarını ayıran Birinci Liqa təmsilçisində qış fasiləsində daha bir neçə vida olub.

Yanvarın ilk 10 günlüyündə baş məşqçi Nazim Süleymanovla köməkçisi Aleksandr Jidkovun komandada qalıb-qalmayacağı dəqiqləşməliydi.

Daha doğrusu, təcrübəli mütəxəssis ötən ay saytımıza verdiyi müsahibədə “İrəvan”la bağlı suallara yeni ilin ilk ayında aydınlıq gələcəyini bildirmişdi ki, bu məsələdə məşqçilər heyətinin aqibəti də bilinməliydi.

Nazim bəy Sportinfo.az-a açıqlamasında “İrəvan”la bağlı ən son məlumatları bildirib:

“Hər şey qaydasındadır. Yolumuza qaldığımız yerdən davam edirik. Hələ ki, büdcə ilə bağlı məsələdə yenilik yoxdur.

İndiyə qədər necəydisə, elə də qalacaq. Yeni sponsorların gəlişi hələ ki, açıq qalıb.

Noyabrın əməkhaqqılarını almışıq, dekabrın maaşları da yaxın günlərdə veriləcək.

Düzdür, məvaciblərlə bağlı məbləğlər yayda nəzərdə tutulduğu kimi deyil. Ancaq buna da şükür!

Səhv etmirəmsə, Birinci Liqada ən yaxşı maaş təklif edən elə “İrəvan”dır.

Təlim-məşq toplanışına Bakıda start vermişik. Komandada müəyyən ayrılıqlar olub.

Təbii ki, yeni gələnlər də olacaq. Ancaq indiki məqamda ad çəkə bilməyəcəm.

O ki qaldı Aleksandr Jidkova, onunla danışacam. İstəyim Jidkovun fəaliyyətini “İrəvan”da davam etdirməsidir.

Hələ yekun qərar verməyib. Yəqin ki, yaxın bir neçə gün ərzində bilinəcək”.

12 turdan sonra aktivində 20 xal olan “İrəvan” topladığı 20 xalla “İmişli” ilə 4-5-ci pillələri bölüşür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti