COP29

"Difai" Gənclər Liqasının qış çempionunu darmadağın etdi - Baxışa gəldi, 3 qol vurdu

13 Yanvar 21:00 I Divizion 1 312
"Difai" Gənclər Liqasının qış çempionunu darmadağın etdi - Baxışa gəldi, 3 qol vurdu

«Difai» I Liqada ikinci dövrənin hazırlıqlarını davam etdirir.

Qarabağ qazilərinin təmsilçisi bu gün ilk yoxlama görüşünə çıxıb.

Elgiz Kərəmlinin çalışdırdığı «fədailər» Bakıda «Sabah»ın U-19 komandasının qonağı olub. «ASK Arena»nın əsas meydançasında keçirilən qarşılaşma Ağsu klubunun böyükhesablı qələbəsi ilə başa çatıb.

«Difai» Gənclər Liqasında qış çempionu olmuş sparrinqi 6:1 hesabıyla darmadağın edib.

Birinci liqa iştirakçısının heyətində İlham Allahverdiyev, Kristian Kamta və Nazim Bağırov hərəyə bir dəfə fərqlənib. Digər üç qolu isə Fil Dişi Sahilindən baxışa gələn Aziz adlı hücumçu vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti