COP29

Daha iki nəfər yola salındı – Kim qaldı ki?!

13 Yanvar 23:40 I Divizion 2 612
Daha iki nəfər yola salındı – Kim qaldı ki?!

Mövsümün əvvəlində səs-küylü transferlərlə yadda qalan “İrəvan” daha iki futbolçu ilə yollarını ayırıb.

Klub rəhbərliyi ilə görüşən Famil Camalovla Arsen Ağcabəyov karyerasını başqa komandada davam etdirmək istəyində olduqlarını bildiriblər.

Belədə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Elvin Yunuszadə ilə Cavid Tağıyev hələ ki, məşqlərdə iştirak etmir. Birincinin dizindəki ağrılar ona imkan vermir. Tağıyev isə yaxınlarından birinin vəfat etməsinə görə icazə alıb.

Maraq üçün bildirək ki, mövsümün gedişində Premyer Liqadan xatırladığımız Mirsahib və Mirabdulla Abbasov qardaşları, Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Vüqar Bəybalayev kimi futbolçular “İrəvan” rəhbərliyinin öhdəlikləri yerinə yetirmədiyi üçün oradan ayrılıblar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti