Premyer Liqa təmsilçisi onu qazilərin klubuna icarəyə verdi

11 Yanvar 2024 14:40 I Divizion 989
Premyer Liqa təmsilçisi onu qazilərin klubuna icarəyə verdi

I Liqada qış fasiləsinin ən aktiv klublarından olan «Difai» növəbti transferini edib.

Qarabağ qazilərinin təmsilçisi Bayraməli Qurbanovu sıralarına qatıb.

«Araz-Naxçıvan»a məxsus 2002-ci il təvəllüdlü müdafiəçi ilə 6 aylıq icarə müqaviləsi imzalanıb.

Beləcə, Ağsu komandasının son həftələrdə düşərgəsinə qatdığı yeni futbolçuların sayı 4-ə çatıb.

«Fədailər» daha öncə «Neftçi»nin yetirməsi olan qapıçı Əlirza Müştəbəzadəni «İrəvan»dan heyətinə qatıb.

«Karvan»dan mərkəz müdafiəçisi Əzəmət Ələkbərlini azad agent statusuyla rənglərinə bağlayan «Difai» həmçinin «Şamaxı»dan cinah müdafiəçisi Əbil Əbilovu mövsümün sonunadək icarəyə götürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti