COP29

Azərbaycanda bu klub iddialı duruma gəlir – Üçüncü transfer

10 Yanvar 19:00 I Divizion 4 647
Azərbaycanda bu klub iddialı duruma gəlir – Üçüncü transfer

I Liqada çıxış edən «Difai» heyətini gücləndirməkdədir.

Qarabağ qazilərinin təmsilçisi olan klub daha bir transfer əməliyyatını sona çatdırıb.

Belə ki, «fədailər» bu dəfə müdafiə xəttinə «əl gəzdirib». Mövsümün ilk bölümünü «Karvan»da keçirən Əzəmət Ələkbərli bu ildən Ağsu klubunun formasını geyinəcək. Onunla yayadək müqavilə imzalanıb.

Çempionatda mövqeyini qorumaq iddiasında olan «Difai» ondan öncə 2 keçidi rəsmiləşdirib.

«İrəvan»dan gələn «Neftç»nin sabiq qapıçısı Əlirza Müştəbəzadə ilə 6 aylıq kontrakt bağlanıb. Həmçinin «Şamaxı»dan cinah müdafiəçisi Əbil Əbilov icarəyə götürülüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti