COP29

Azərbaycanda maliyyə problemi yaşayan klub futbolçularına "STOP" qoydu!

8 Yanvar 15:00 I Divizion 1 200
Azərbaycanda maliyyə problemi yaşayan klub futbolçularına "STOP" qoydu!

I Liqada çətin dönəmdən keçən «İrəvan»da vəziyyət kritik olaraq qalmaqdadır.

Əksər futbolçular maliyyə problemləri yaşayan klubu tərk etmək üçün növbəyə düzülüb.

Bu səbəbdən mövsümün əvvəlində bir neçə aparıcı fiquruyla vidalaşmaq məcburiyyətində qalan debütantın rəhbərliyi indi fərqli yol tutub. Oyunçuların nəzərinə çatdırılıb ki, heç kimə azad agent statusu verilməyəcək.

Başqa sözlə, müqavilələri qarşılıqlı razılıq əsasında pozmağa qol qoymayıblar.

«İrəvan»ın formasını geyinənlər AFFA və Peşəkar Futbol Liqasından bu məsələnin həllində köməklik istəyiblər. Şikayətçi tərəfə bildirilib ki, «İrəvan» müstəqil fəaliyyət göstərir və daxili işlərinə qarışmaq səlahiyyətləri yoxdur.

Digər tərəfdən, xatırladılıb ki, sentyabrda müqavilə şərtləri dəyişdirilib və futbolçuların özləri də əvvəlkindən az maaş müqabilində klubda qalmağa razılaşıblar.

Odur ki, son söz «İrəvan» başbilənlərinə məxsusdur və onlar okey vermədən kimsə düşərgəni özbaşına tərk edə bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti