COP29

İstefa verdi, ayyarım işsiz qaldı, 3 klubdan təklif aldı – Pro kateqoriyalı məşqçi

7 Yanvar 23:00 I Divizion 1 002
İstefa verdi, ayyarım işsiz qaldı, 3 klubdan təklif aldı – Pro kateqoriyalı məşqçi

Vüqar Əsgərlinin işsiz günləri başa çatacaq.

"Pro" lisenziyalı məşqçinin xidmətində maraqlı olan klublar var.

Bunlardan biri Premyer Liqa təmsilçisidir. Elita nümayəndəsi 39 yaşlı mütəxəssisə baş məşqçinin köməkçisi kimi çalışmağı təklif edib.

Digər iki təklif isə Birinci Liqadandır. Burada baş məşqçi kimi işləmək şansı var.

Əsgərli klub rəhbərləri ilə danışıqları başa vurandan sonra təkliflərin arasından ən uyğun seçimi edəcək.

Vüqar Əsgərli ötən mövsüm Cavid Hüseynovla birlikdə Premyer Liqada mübarizə aparmış “Şamaxı”nı çalışdırıb.

Cari mövsümə də bölgə təmsilçisində başlayıb. Lakin Birinci Liqadakı nəticələr onu qane etmədiyindən, noyabrda istefa verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti