Azərbaycan və Dubay klubları arasında müqavilə imzalandı - FOTOLAR

6 Yanvar 2024 11:55 I Divizion 2 004
Azərbaycan və Dubay klubları arasında müqavilə imzalandı - FOTOLAR

2022-ci ilin ikinci yarısında fəaliyyətə başlayan «Difai» beynəlxalq müstəviyə çıxıb.

Ötən mövsüm Region Liqasında yarışan, cari «futbol ili»ndən etibarən I Liqada mübarizə aparan Qarabağ qazilərinin təmsilçisi xarici əlaqələrini gücləndirməkdədir.

«Fədailər» Türkiyənin Super Liqa klublarından «Alanyaspor»dan sonra «Royal»la bağlantı qurub.

«Difai»nin prezidenti Asəf Məlikov və icraçı direktor Samir Ələkbərli bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olub. Dubaya səfər edən rəsmilər burada «Royal»ın prezidenti Məhəmməd Bağdadi ilə görüşüb.

Tərəflər arasında uzunmüddətli əməkdaşlığa dair müqavilə imzalanıb. Klublar birgə təlim-məşq toplanışlarının və yoldaşlıq görüşlərinin keçirilməsi, o cümlədən, futbolçu mübadiləsi məsələlərində razılığa gəliblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti