Lənkəranın ən məşhur futbolçusu Abdullayevdən təklif aldı

4 Yanvar 2024 23:00 I Divizion 3 698
Lənkəranın ən məşhur futbolçusu Abdullayevdən təklif aldı

“Kəpəz” qış fasiləsində bir futbolçu ilə yollarını ayıracaq.

Bu, Elnur Cəfərovdur.

Azər Məmmədovun dönəmində əsas komandaya cəlb olunan 26 yaşlı yarımmüdafiəçi Adil Şükürovun planlarına daxil deyil.

Odur ki, hazırkı baş məşqçi Elnurun mütəmadi oyun şansı qazanacağı komandaya qoşulmasını istəyir. Hətta hansısa komandaya icarə əsasında yollanmaq bahasına olsa belə. Təki Cəfərov daim meydanda olsun.

“Xəzər Lənkəran”ın yetirməsinin xidmətində Əsgər Abdullayev maraqlıdır. Hazırda “İmişli”ni çalışdıran təcrübəli mütəxəssis Cəfərovu komandasında görmək istəyir və bununla bağlı “Kəpəz”ə müraciət olunub.

Gəncəlilər keçidə ikiəlli razıdır. İndi son söz səbəbkarındır.

Elnur Cəfərov cari mövsümdə meydana çıxdığı 15 oyunda qol üzünə həsrət qalıb.

Onun “Kəpəz”lə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti