Azərbaycanda QALMAQALlı hərəkət edən futbolçu klubdan uzaqlaşdırıldı

2 Yanvar 2024 00:40 I Divizion 1 967
Azərbaycanda QALMAQALlı hərəkət edən futbolçu klubdan uzaqlaşdırıldı

"Karvan" Ruslan Voronsovla yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mərbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Voronsov 1-ci liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilib. "Karvan" isə buna görə 300 manat cərimə edilib.

Bu mövsüm "Karvan"ın heyətində 6 qol vuran Ruslan Voronsov komandanın bombardirlərindən idi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM