II Liqada qüvvəsini sınayan “Şəki Siti” gəlir əldə etməyin yeni yolunu tapıb.
Bir müddət öncə “100 nəfər şəkili axtarırıq” kampaniyası başladan rayon klubu bu dəfə fərqli metoddan yararlanmağı lazım bilib.
Çempionatda orta sıralar uğrunda mübrizə aparan şəkililər stadionun düz yaxınlığında yerləşən oteldən istifadə eləməyə başlayıb.
Bir qədər hündür ərazidə yerləşən və üzü arenaya baxanotelin otaqları artıq futbolsevərlərin ixtiyarına verilib.
Eyvanda əyləşib oyuna tamaşa etməyin haqqı 1 nəfər üçün 10 manatdır.
Bir otaqda 1 və daha çox şəxs eyni vaxtda həm istirahət edə və matç izləyə bilər. Ödənilən məbləğin qarşlığında on(lar)a isti çay və kofe təklif olunur.
SPORTİNFO.AZ

