Bölgə klubu "boğaza yazıldı": "Təmiz futbol, ədalətli qərarlar istəyirik!"

27 Dekabr 2023 01:10 I Divizion 889
Bölgə klubu "boğaza yazıldı": "Təmiz futbol, ədalətli qərarlar istəyirik!"

I Liqada mübarizə aparan "Karvan" bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisi I Liqanın XII turunun "Zaqatala" ilə oyununda vurduğu qolun ofsayd səbəbiylə sayılmamasına etiraz edib:

“Karvan” futbol klubu olaraq, “Zaqatala” ilə keçirilən son oyunumuzda əleyhimizə verilən qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur.

Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da, sadəcə, son oyundan videogörüntünü təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq, təmiz futbol, ədalətli qərarlar istəyirik!"

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!