Birinci Liqanın 12-ci turunda gülməli hakim qərarı yaşanıb.
Hadisə “Karvan” və “Zaqatala” arasında keçirilmiş görüşdə baş verib.
Matçın 81-ci dəqiqəsində hesab 0:1 olan zaman meydan sahiblərinin futbolçusu Peters Kinqs topu rəqib qapısından keçirib.
Amma baş hakim Əli Əliyev yevlaxlı oyunçuların bərabərlik qoluna sevinməsinə fürsət veməyib.
O, qolun oyundan kənar vəziyyətdən vurulmasını əsas gətirərək afrikalı legionerin qolunu qeydə almayıb.
Lakin epizoda təkrar baxanda aydın görünür ki, həmin anda ofsayddan söhbət belə gedə bilməz.
Həm də doğru qərar verilməsi üçün hansısa çətinlik də görünmür.
Çünki “Zaqatala”nın müdafiəçisinin qolu vuran futbolçu ilə qapı xəttinin üzərində paralel dayandığı rahat görünür.
Lakin nədənsə yan xətt hakimi bunu görməzdən gəlib.
Bir neçə dəqiqədən sonra qonaqlar ikinci qolu vuraraq Premyer Liqaya yüksəlmək iddiası olan “Karvan”a növbəti zərbəni vurmuş olub.
XANOĞLAN / SPORTİNFO.AZ
Haqqında bəhs etdiyimiz epizoda aşağıdakı linkdə baxa bilərsiniz:

