Çempionluq hədəfini açıq-aşkar etiraf etdi: “İnşallah, arzumuza çatarıq”

25 Dekabr 2023 23:00 I Divizion 1 021
Çempionluq hədəfini açıq-aşkar etiraf etdi: “İnşallah, arzumuza çatarıq”

Birinci Liqada gərgin mübarizəyə şahidlik etməkdəyik.

Turnir cədvəlindəki ümumi vəziyyətə baxmaq kifayət edir.

Aktivində 24 xal olan lider “Qaradağ Lğkbatan”la 6-cı pillədə qərarlaşan “İrəvan” arasında cəmi 7 xal fərq var.

Sözsüz, çempionluq xoş hisdir. Amma bir şey də var ki, Birinci Liqanın qalibi olacaq komandanın növbəti mövsüm Premyer Liqada oynayacağı sual altındadır.

Xatırlayırsınızsa, bir neçə il öncə “Qaradağ Lökbatan” Birinci Divizionun çempionu olsa da, yüksək dəstədə mübarizə aparmaq üçün lisenziya verilməmişdi.

Komandanın aparıcı futbolçularından olan Murad Qayalı belə vəziyyətdə oyuna köklənmələri və mövsümü birinci pillədə başa vuracaqları halda onları gözləyən təhlükə barədə sualı cavablandırıb:

“Çempion olacağımız halda bizi nəyin gözlədiyini bilmirik. Ümumiyyətlə, bu məsələdən siz, biz - hamımız xəbərsizik.

Məqsədimiz Birinci Liqanın qalibi adını qazanmaqdır. İnşallah, arzumuza çatarıq. Dediyiniz məsələ ilə bağlı ən dolğun cavabı AFFA rəhbərliyi bilir.

Öncə hədəfə çataq, sonra nələrin yaşanacağını birlikdə görərik”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti