“İmişli” və “Karvan” evdə “soyuq duş” aldı, “İrəvan” Saatlıda sürprizə imkan vermədi

25 Dekabr 2023 17:20 I Divizion 1 059
“İmişli” və “Karvan” evdə “soyuq duş” aldı, “İrəvan” Saatlıda sürprizə imkan vermədi

I Liqada XII tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 3 oyun keçirilib.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Karvan” və “İmişli” ciddi zərbə alıb.

Yevlax təmsilçisi dogma rayonda “Zaqatala”ya uduzubsa, aranlılar azarkeşləri önündə “Mingəçevir”in müqavimətini qırmağı bacarmayıb.

“Araz” Saatlıda “İrəvan”ı qəbul edib və hesabı açan tərəf olsa da, 90 dəqiqənin tamamında meydandan məğlub ayrılıb.

"İmişli" - "Mingəçevir" 0:0

"Araz Saatlı" - "İrəvan" 1:2
Qollar:
Sequn Omotoşo, 26 - Arsen Ağcabəyov, 45, Vüsal Qənbərov, 78

"Karvan" - "Zaqatala" 0:2
Qollar:
Roini İsmayılov, 25, Uoren Lloyd, 84

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 11 7 3 1 17-5 24
2 MOİK 11 6 4 1 20-9 22
3 İmişli 12 5 5 2 17-7 20
4 İrəvan 12 6 2 4 18-12 20
5 Şamaxı 11 5 4 2 26-13 19
6 Karvan 12 5 3 4 21-15 18
7 Zaqatala 12 4 4 4 16-17 16
8 Mingəçevir 12 4 2 6 11-19 14
9 Difai Ağsu 11 1 1 9 6-24 4
10 Araz Saatlı 12 1 0 11 8-39 3

BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 10 qol
Emin Zamanov ("Şamaxı") - 6 qol
Peter Kinqs ("Karvan") - 6 qol

İsa Zeynallı (MOİK) - 6 qol
Xəzər Mahmudov ("İmişli") - 5 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 5 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti