Tanınmış futbol adamı klubdan AFFA-ya ŞİKAYƏT ETDİ

21 Dekabr 2023 14:40 I Divizion 2 086
Tanınmış futbol adamı klubdan AFFA-ya ŞİKAYƏT ETDİ

«İrəvan»ın qapıçılar üzrə məşqçisi Aleksandr Jidkov AFFA-ya müraciət edib.

Vaxtilə millimizin şərəfini qorumuş veteran kiper I Liqa klubundan şikayətlənib.

O, federasiyaya yazılı surətdə məktub yazaraq, aşağı liqa təmsilçisi tərəfindən aldadıldığını qeyd eləyib.

Jidkov məktubda göstərib ki, «İrəvan» rəhbərliyi onun qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib, müqavilədə nəzərdə tutulan əməkhaqqını almayıb.

Mütəxəsss bu problemin həllində qurumdan kömək istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM