Liberiyalı hücumçu Şamaxıda nə edib? - HADİSƏ

21 Dekabr 2023 03:30 I Divizion 1 170
Liberiyalı hücumçu Şamaxıda nə edib? - HADİSƏ

Sportinfo.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadəni və “İmişli”nin liberiyalı oyunçusu Tonia Tisdeli cəzalandırıb.

E.Bəkirzadə 1-ci liqanın 11-cu turunun “Araz Saatlı” ilə oyununun 74-cü dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Mingəçevir” 50 manat cərimə edilib.

T.Tisdel isə 11-ci turun “Şamaxı” ilə oyununun 18-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “İmişli” klubu 300 manat cərimə edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti