Azərbaycanda bu qədər pulu bir futbolçu alıb, yoxsa komanda? - VİDEO

20 Dekabr 2023 15:00 I Divizion 2 024
Azərbaycanda bu qədər pulu bir futbolçu alıb, yoxsa komanda? - VİDEO

I Liqada ilk mövsümünü keçirən «Difai» ilə bağlı son günlər mediada yanlış xəbərlər yayılmaqdadır.

İddia olunur ki, debütant 11-ci turda «Karvan» üzərində əldə etdiyi qələbəyə görə futbolçularının hər birinə 30 min manat mükafat ödəyib.

Bəli, «fədailər» çempionatdakı ilk qalibiyyətin müqabilində bu qədər «ənam» alıb. Amma göstərilən məbləğ ayrı-ayrı oyunçulara yox, ümumən komandaya verilib.

Biz bunu əyani surətdə sübuta da yetirə bilərik. Təqdim etdiyimiz kadrlardan görünür ki, kapitan Kamil Hüseynov kollektiv üzvlərinin adından rəhbərliklə danışıb və onların xahişini çatdırıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM