I Liqa klubunun baş məşqçisindən İDDİALI AÇIQLAMA

19 Dekabr 2023 19:10 I Divizion 924
I Liqa klubunun baş məşqçisindən İDDİALI AÇIQLAMA

"İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qəbələ" ilə (0:1) oyunundan sonra danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının məğlubiyyətini şərh edib:

- Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam.

- Sona qədər qapının toxunulmazlığını saxlamaq üçün təcrübə çatmadı, yoxsa rəqib çox güclü idi?

- Mən belə deməzdim. Hardasa diqqətsizlik rolunu oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır.

- Bu oyunla Premyer Liqa klublarına qarşı oynamağa hazır olduğunuzu göstərdiz?

- Bəli.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti