I Liqada 11-ci turun sensasiyasına «Difai» imza atdı.
Ağsu təmsilçisi çempionluq yarışının əsas favoritlərindən sayılan «Karvan»a şok yaşatdı.
Ev oyunlarını Şamaxıda keçirməyə başlayan «fədailər» burada çıxdıqları ilk matçda rəqibinə 1:0 hesabıyla qalib gəldi.
Yağışlı havada keçən oyunu tribunadan 60 nəfər izlədi. Qəribə görünə bilər, «Difai»ni təmsilçisi olduğu Ağsuda heç bu qədər tamaşaçı izləmir.
Şamaxıda isə bütün gözlər bir nəfərdə, daha doğrusu, yaşlı kişidə idi. O, 90 dəqiqə dayanmaq bilmədi, durmadan, yorulmadan, usanmadan «Difai»ni irəli səslədi.
Yevlaxdan gəlmiş 10-15 tərəfdarla təkbaşına «döyüşdü», hətta deyərdik ki, nominal ev sahiblərinin qələbəsinndə də böyük pay sahibi oldu.
«Karvan»ın futbolçularını oyunboyu psixoloji təzyiq altında saxladı və bundan ruhlanan «Difai»çilər artırma dəqiqələrində qələbə topunu vurdu.
Klub rəhbərliyi də yaşlı azarkeşə borclu qalmadı, ona «fədailər»in şərfini hədiyyə etdi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

