Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşünün Xankəndi şəhərində keçiriləcəyini xəbər vermişdik.
Artıq tarixi qarşılaşmaya cəmi 5 gün qalır.
Bütün futbol ictimaiyyəti kimi "Hərbiçilər"in düşərgəsində də hər kəs bu matça köklənib.
Bunu Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Qəzənfər Abbasov deyib.
Sitat: "Düşərgədə yaxşı ab-hava var. Hamımız bu tarixi anın bir parçası olacağımız üçün sevinirik.
Ümumiyyətlə, əvvəlki mərhələdə "Cəbrayıl"la oyundan öncə bu barədə məlumatlı idik.
Həmin görüş də xüsusi istəklə çıxmışdıq. "Qarabağ"la qarşılaşmaq özü də xüsusidir.
Həm bir məşqçi kimi mənə, həm də futbolçularım üçün əlavə stimuldur.
Rəqibin təqdimata ehtiyacı yoxdur. Amma həmin gün nəticə önəmli olmayacaq".
XANOĞLAN

