MOİK-in "Qarabağ"la oyun üçün planı necədir?

15 Dekabr 2023 16:40 I Divizion 776
MOİK-in "Qarabağ"la oyun üçün planı necədir?

Xəbər verdiyimiz kimi, "Qarabağ" ölkə kubokunun 1/8 final mərhələsinin görüşünü Xankəndidə keçirəcək.

21 dekabr tarixində baş tutacaq görüşdə "Atlılar"ın rəqibi birinci liqa təmsilçisi MOİK olacaq.

Artıq "Hərbiçilər"in səfər proqramı məlum olub.

Aşağı liqanın hazırkı lideri Qarabağa təyyarə ilə yola düşəcək.

Qarşılaşmadan bir gün öncə hava gəmisi futbolçuları Füzuli Hava Limanına aparacaq.

Oradan Şuşaya yollanacaq kollektiv gecəni mədəniyyət paytaxtında keçirəcək.

"Qarabağ" kimi MOİK də oyun günü tarixi matçın keçiriləcəyi Xankəndi şəhərinə ayaq basacaq.

"Qarabağ" - MOİK qarşılaşması 15000 tamaşaçı tutumu olan Xankəndi şəhər stadionunda keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti