
I Liqada ilk ilini keçirən «Difai» transfer bazarında fəallığını artırıb.
Ağsu klubunun müdafiəçi Kamil Hüseynov və hücumçu İlham Allahverdiyevlə anlaşmasını daha öncə xəbər vermişdik.
Qarabağ qazilərinin təmsilçisi bu dəfə daha bir yeniliyə imza atıb. «Fədailər» ilk dəfə olaraq düşərgəsinə legioner gətirib.
Kristian Kamta ilə mövsümün sonunadək müqavilə imzalanıb. 2004-cü ilə təvəllüdlü kamerunlunun ampluası hücumçudur.
Razılaşmaya əsasən, onun çıxışı klub rəhbərliyini qane edərsə, gələn ilin yayında kontraktın müddəti daha 1 il uzadılacaq.
SPORTİNFO.AZ