AFFA rəhbərliyi söz verir, sonra da aldadır – PROBLEMLİ FOTO

3 Noyabr 2023 14:00 I Divizion 1 022
AFFA rəhbərliyi söz verir, sonra da aldadır – PROBLEMLİ FOTO

«Difai»nin ev oyunlarını keçirdiyi Ağsu şəhər stadionunda ciddi problem yaranıb.

AFFA-nın nəzdində olan arenanın işıqları söndürülüb.

Hardasa 1 aya yaxındır ki, vəziyyət belədir. AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli komanda.az-a deyib ki, problem yaxın vaxtlarda həllini tapacaq:

“Stadionda transfarmatorda avadanlıqda nasazlıq yaranıb. İşıq təchizatı bu nasazlıqla riskli olduğundan, işığın verilməsi kəsilib.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində iş gedir. Hardasa bir həftəyə, on günə məsələ həll olunmalıdır”.

Onların bildirdiyinə görə, AFFA kommunal borcları vaxtlı-vaxtında ödəmir, bu üzdən «Azərenerji» işıqları Mingəçevirdən söndürür:

«Təqribən 1 ay qabaq Ağsuya güclü yağış yağdı. Stadiona ciddi ziyan dəydi. Bura gələn əsas işıq xətti sıradan çıxdı.

Ümumiyyətlə, stadiona iki yerdən işıq gəlir. Əsas işıq xətti birbaşa Mingəçevirdəki yarımstansiyaya bağlıdır.

Digər xətt isə Ağsu şəhərinin özünə, ətraf kənd və qəsəbələrə aiddir. Həmin transformatoru işə salan kimi şəhərdə və həmin yerlərdə işıq tez-tez sönməyə başlayır.

Çünki Ağsunun daxili işıq sisteminə güc düşür. Ona görə də çox vaxt Mingəçevirdən gələn xətdən istifadə etməyə üstünlük vermişik. İndi belə bir imkan yoxdur.

Şirkət deyir ki, xeyli müddətdir işıqpulu ödəmirsiz, biz də xətti işə salmırıq. AFFA-ya dəfələrlə müraciət olunub, heç bir ciddi reaksiya yoxdur.

Hər dəfə cavab verilir ki, gözləyin, köçürmə edəcəyik, düzələcək. Stadionda demək olar bütün işlər işıqdan asılıdır.

O da olmadığı üçün əməkdaşlarımız stadionu, meydançanı, otaqları qaydasında saxlaya bilmir. «Difai»nin oyunları günü bu problemi daha çox hiss edirik.

İşıq olmadığı üçün heç yerdə təmizlik işləri apara bilmirik. Klub rəhbərliyi İcra Hakimiyyətinə müraciət edir, onlar da haralarasa yığır, sonra işıqlar Mingəçevirdən yandırılır.

Oyun bitəndən sonra onu yenə kəsirlər. Nəvaxtadək belə davam edəcəyini bilmirik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti