Klub futbolçulara iki yol buraxdı - 4-ü etiraz etdi, digərləri razılaşdı

4 Noyabr 2023 21:00 I Divizion 1 118
Klub futbolçulara iki yol buraxdı - 4-ü etiraz etdi, digərləri razılaşdı

“İrəvan”da işlər nisbətən yoluna düşüb.

Hər halda, “İmişli” səfərinə yollanamayan Nazim Süleymanovun yetirmələri ardınca “Şamaxı” və “Mingəçevir”lə matçlarda meydana çıxa bildi.

Belədə komandanın çempionatdan çıxarılma təhlükəsi də aradan qalxmış oldu.

Bəs rəhbərlik narazı futbolçuları necə razı sala bildi?

Razılaşma ilə bağlı müəyyən detallar əldə etmişik.

Klub rəhbərliyin məşqləri boykot edən futbolçulara iki şərt irəli sürüb.

Ya müqavilələrə xitam verilsin, ya da futbolçular komandada çıxışın davam etdirib maaşlarını hissə-hissə almağa razılaşasın.

4 futbolçu alacaqlarının tam ödənilməyəcəyi təqdirdə komandaya qayıtmayacaqlarında israrlı olduqların bildiriblər.

Bunlar Vüqar Bəybalayev, Mirabdulla Abbasov, Mirsahib Abbasov və İbrahim Əliyevdir.

Bu səbəbdən adıçəkilənlərlə müqavilələrə xitam verilib.

Digər oyunçular isə ikinci şərtlə razılaşaraq “İrəvan”la yola davam etmək variantını seçiblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti