
«İrəvan»ın baş məşqçisi Nazim Süleymanov qəribə və maraqlı addım atıb.
Dörd aydır maaşlarını almayan və düşərgən tərk edən futbolçuların arxasında dayanmayan çalışdırıcı illər öncə karyerasını bitirən veteranların qapısını döyüb.
O, çoxdan butsılarını mıxdan asmış və hazırda «Araz-Naxçıvan»ın əvəzedici komandasında məşqçi işləyən Alim Qurbanovu «İrəvan»v dəvət edib.
Köməkçi yox, sırf oyunçu kimi xidmətindən yararlanmaq üçün.
Hazırda Muxtar Respublika təmsilçisində Zaur İsmayılovun köməkçisi işləyən sabiq yarımmüdafiəçi Süleymanovun təklifini geri çevirməyib.
SPORTİNFO.AZ