
«Difai»də çıxış edən futbolçular bu klubun əhəmiyyətini anlamalı, geyindikləri formanın mənasını anlamalıdırlar».
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Difai»nin cari vəziyyətindən danışıb.
Tanınmış teləşərhçi I Liqada ilk ilini keçirən komandanın hələlik qeyri-sabit çıxış etdiyini, rəhbərliyin bununla əlaqədar toplantı düzənlədiyini bildirib.
Klubun prezidenti Asəf Məlikovun yığıncaqda oyunçulara xəbərdarlıq elədiyini söyləyən ekspert deyib ki, tarixi adı yaşatmaq və onu uca tutmaq vacibdir.
Vaxtilə futbol sferasında fəaliyyət göstərmiş Cavidan Qorçıyevin yenidən bu sahəyə qayıtdığını vurğulayan Abbasov qeyd edib ki, o, «Difai»də mühüm vəzifəyə gətirilib.
Qorçıyevin vitse-prezident olaraq fəaliyyət göstərəcəyini vurğulayıb: «Mən əminəm ki, Asəf Məlikov və Cavidan Qorçıyev əl-ələ verib, klubu layiq olduğu yerə qaldıracaqlar».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: