“Bu futbolçuların geri qayıtması real deyil”

30 Oktyabr 2023 20:20 I Divizion 868
“Bu futbolçuların geri qayıtması real deyil”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Sportinfo.az-a açıqlama verib.

I Liqada mübarizə aparan əyalət təmsilçisinin çalışdırıcısı bildirib ki, yayda düşərgəni tərk edən futbolçuların qış fasiləsində yenidən komandaya qoşulması gözlənilmir.

Müsahib deyib ki, ümumiyyətlə, yanvarda kollektivin gücləndirilməsi nəzərdə tutulub:

“Qış fasiləsində tam təbii olaraq hansısa futbolçunun komandamıza qoşulması və ya əksinə, komandamızı tərk etməsi mümkün ola bilər.

Amma ötən mövsüm “Şamaxı”da oynayan, hazırda Premyer Liqada oynayan futbolçuların qışda bizə qoşulması real görünmür. Çünki əksəriyyəti indi öz komandaları üçün vacib futbolçulardır”.

Digər Xəbərlər
Xəbər Lenti