"Neftçi"nin sabiq məşqçisi bölgə klubunda işə başladı

29 Oktyabr 2023 18:10 I Divizion 3 075
"Neftçi"nin sabiq məşqçisi bölgə klubunda işə başladı

I Liqada debüt edən «Difai»nin Paşa Əliyevlə yollarının ayrılmasını xəbər vermişdik.

Ağsu təmsilçsinin kiminlə mübarizəni davam etdirəcəyi artıq məlumdur.

Baş məşqçi səlahiyyətlərinin icrası Elgiz Kərəmliyə həvalə olunub. Bir neçə il öncəyə kimi «Neftçi»də çalışmış gənc mütəxəssisin qarşısına mübariz komanda yaratmaq və turnir cədvəlində irəliləmək vəzifəsi qoyulub.

Aydın Qasımov və Tural Lətifov onun köməkçiləri kimi məşqçi korpusunda yer alıb.

«Difai» çempionatın ilk 6 həftəsində 1 xal qazanıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti