Azərbaycanda mövsümün ikinci baş məşqçi ayrılığı – SON DƏQİQƏ

28 Oktyabr 2023 15:00 I Divizion 5 327
Azərbaycanda mövsümün ikinci baş məşqçi ayrılığı – SON DƏQİQƏ

I Liqada cari mövsümün ikinci baş məşqçi ayrılığı qeydə alınıb.

Saytımızın əldə etdiyi qeyri-rəsmi məlumata görə, «Difai» ilə Paşa Əliyevin yolları ayrılıb.

Bu ilin martından etibarən «fədailər»in sükanı arxasında olan mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi deyilir.

Böyük ehtimalla, bu, nəticələrlə bağlıdır.

Ağsu təmsilçisi debüt mövsümünü keçirdiyi çempionatda 6 turu arxada qoyub. Komanda 1 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Onu da yada salaq ki, I Liqa mənsublarından daha öncə «Araz» baş məşqçisi ilə vidalaşıb. Saatlı klubu Şəhriyar Məmmədovu Rüfət Quliyevlə əvəzləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!