Azərbaycan klubunun legioneri qan içində xəstəxanaya yerləşdirildi - VİDEO

28 Oktyabr 2023 11:40 I Divizion 2 046
Azərbaycan klubunun legioneri qan içində xəstəxanaya yerləşdirildi - VİDEO

Azərbaycan I Liqasında VI tura yekun vurulub.

"Difai" Ağsuda "İmişli"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İmişli təmsilçisi Xəzər Mahmudov, Tolqar Yaqubov və Nodar Məmmədovun vurduğu qollarla aktivinə 3 xal yazıb.

Əsgər Abdullayevin çalışdırdığı komanda qalibiyyətə ürəkdən sevinə bilməyib. Ezekiel Morqanın başına gələn hadisəyə görə

. Belə ki, qanalı yarımmüdafiəçi ev sahiblərinin oyunçusu rəsul İbrahimovla toqquşmadan sonra ağır zədə alıb.

44-cü dəqiqədə Nəbi Məmmədovla əvəzlənən afrikalı legionerin sifəti bir neçə yerdən partlayıb. Morqan stadiondan təcili iəbii yardım maşını ilə birbaşa Ağsu xəstəxanasına aparılıb.

Xallarını 10-a yüksəldən "İmişli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Ağsu şəhər stadionu. 80 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Rəhman İmami, Sənan Atayev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Rəsul İbrahimov, 41 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 53 (qeyri-idman hərəkəti); Mehdi Əliyev, 64 (qeyri-idman hərəkəti); Ramin Süleymanov, 83 (qeyri-idman hərəkəti) // Muxtar Nəzərli, 46 (qeyri-idman hərəkəti); Maqsud Ələkbərov, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Xəzər Mahmudov, 4; Tolqar Yaqubov, 17; Nodar Məmmədov, 68
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Difai Ağsu”

1. Aleksandr Prikrotsov
99. Məqsum Qənbərli
19. Rəsul İbrahimov
(77. Fuad Məmmədzadə, 68)
44. Hacı Rüstəmov
(98. Elçin Əliyev, 68)
71. Coşqun Əsədzadə
28. Rəhman Quliyev
10. Tahir Zeynalov (k)
33. Ruslan Bayramov
6. Amil Cabbarlı
(5. Bayram Paşazadə, 46)
8. Ramin Süleymanov
(9.Tural Əmirhüseynov, 84)
16. Emil Quluzadə
(55. Mehdi Əliyev, 24)

Ehtiyat oyunçular:

85. Uğur İbrahimov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
Baş məşqçi: Paşa Əliyev

“İmişli”

13. Mehman Hacıyev
3. Nodar Məmmədov
5. Nihad Tamazov
11. Maqsud Ələkbərov
8. Tolqar Yaqubov (k)
9. Xəzər Mahmudov
(7. Emin Quliyev, 81)
23. Silva Gilyerme
44. Həzrət İsayev
30. Ezekiel Morqan
(6. Nəbi Məmmədov, 44)
10. Muxtar Nəzərli
17. Gülağa Əsədov
(2. Tonia Tisdel, 65)

Ehtiyat oyunçular:

1. Mövlan Kərimov
29. Ayhan Arazlı
4. Fərid Nadirov
57. Məzahir Əhmədov
16. Ziya Məmmədli
Baş məşqçi: Əsgər Abdullayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti