Nə günlərə qaldın, Nazim Süleymanov..? – VİDEO+FOTOREPORTAJ

27 Oktyabr 2023 17:00 I Divizion 2 829
Nə günlərə qaldın, Nazim Süleymanov..? – VİDEO+FOTOREPORTAJ

I Liqada altıncı tura yekun vurulub.

Hesabat həftəsinin ən çox maraq doğuran hadisəsi «İrəvan»la bağlı idi.

Ötən tur İmişli səfərinə yollanmayan komandanın «Şamaxı» ilə matça çıxması böyük sual altında idi.

Dörd aydır əməkhaqqı almayan futbolçuların tərk elədiyi «İrəvan» meydana ayaq basdı. Amma 10 nəfərlə.

Texniki zonada tək qalan Nazim Süleymanov, yəqin ki, bu mənzərədən utanmadı. Bu hiss onda olsaydı, heç şübhəsiz, oyunçularının haqqını müdafiə edərdi.

Burada tərəfkeşlikdən söhbət getmir. Ədalətli davranmaq istənilən məşqçinin borcudur və çox heyif ki, Süleymanov vaxtilə futbolçu kimi qazandığı imicin son halqalarını «İrəvan»da itirməkdədir.

Oyuna gəlincə, «Şamaxı» meydanda gəzişən ev sahiblərinə yarıgüclə 3 qol vurdu. Yerindən güclə tərpənən «İrəvan»lıların nə qaçmağa, nə də oynamağa həvəsi var idi.

Elvin Yunuszadə və uzun müddətdir oyun partikası olmayan digər yeni futbolçuları tez-tələsik iştirak ərizəsinə daxil edib say düzəltməyə çalışan klub rəhbərliyi sevinsin ki, təhlükə bir həftəlik də olsa, ötüşdü, AFFA bu dəfə onlara texniki məğlubiyyət verməyəcək.

Amma gələn həftə Mingəçevir səfərinin baş tutacağını yenə əminliklə söyləmək olmur.

SPORTİNFO.AZ

ASK Arena. 60 tamaşaçı
Baş hakim: Kamran Əliyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Asif Abdullayev
Dördüncü hakim: Əkbər Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Ramin Məhərrəmov, 29 (qeyri-idman hərəkəti); Bəşir Ayralov, 33 (qeyri-idman hərəkəti) // Salman Ələsgərov, 18 (qeyri-idman hərəkəti); Emin Zamanov, 59 (qeyri-idman hərəkəti)
Qollar: Bayram Əliyev, 75 // Elşad Tağıyev, 12; 48 (p.); 63
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 1 dəq.

“İrəvan”

33. Andrey Sinenka
12. Elvin Yunuszadə (k)
77. Bayram Əliyev
6. Kamal Mirzəyev
71. Fəhmin Muradbəyli
4. Ege Atlam Adnan
73. Bəşir Ayralov
18. Vüsal Əsgərov
2. Ramin Məhərrəmov
5. Rafiq Həsənov

Ehtiyat oyunçular:

8. Elşən Abdullayev
Baş məşqçi: Nazim Süleymanov

“Şamaxı”

1. Əkpər Vəliyev
10. Emin Zamanov (k)
21. Abbas Ağazadə
(8. Edqar Adilxanov, 66)
80. Zahid Mərdanov
44. Salman Ələsgərov
(4. Kənan Quliyev, 72)
97. Elşad Tağıyev
99. Cəlal Cəbrayılov
11. Samir Məhərrəmli
(20. Əli Mürsəlov, 57)
88. Elçin Qasımov
(3. Əbil Əbilov, 72)
74. Süleyman Damadeyev
9. Qurban Səfərov
(72. Xəyyam Hüseynov, 66)

Ehtiyat oyunçular:

62. Abdulla Seydəhmədov
22. Sahib Həsənov
17. Elçin Rəhimli
23. Rövşən Şahmuradov
7. Emil Qasımov
13. Ramin Əhmədov
56. Samir Ağayev
Baş məşqçi: Vüqar Əsgərli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti