Bu gün I Liqada 6-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bu gün iki matç keçirilib.
MOİK Binədə "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edib.
Son vaxtlar maliyyə problemləri ilə gündəmə gələn “İrəvan” Bakıda “Şamaxı” ilə matça çıxıb.
Futbolçuların əksəriyyəti maaş almadığına görə oynamaqdan imtina etdiyi üçün komanda 10 futbolçu ilə mübarizə aparıb.
Heyət tam düzəlmədiyindən, komandanın ikinci qapıçısı da meydan oyunçusu kimi topun arxasınca qaçıb.
"İrəvan" - "Şamaxı" - 1:3
Qollar: Bayram Əliyev, 75 - Elşad Tağıyev, 12, 48-pen. 63
MOİK - "Mingəçevir" - 3:0
Qollar: Elmir Rəhimzadə, 19, Sabir Allahquliyev, 33, Elvin Valiev, 70
|
BOMBARDİRLƏR:
Elşad Tağıyev ("Şamaxı") - 6 qol
Emin Zamanov ("Şamaxı") - 5 qol
İsa Zeynallı (MOİK) - 4 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 4 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 3 qol
Famil Camalov ("İrəvan") - 3 qol
Elmir Rəhimzadə (MOİK) - 3 qol
Peter Kinqs ("Karvan") - 3 qol
Xəzər Mahmudov ("İmişli") - 3 qol

