Birinci liqanın 5-ci turunun surpriz nəticələrindən biri Şamaxıda qeydə alındı.
Burada “Mingəçevir” gözlənilmədən meydan sahiblərinə məğlubiyyət yaşatdı – 3:2.
“Şamaxı” üzərində qələbədə əməyi az olmayanlardan biri ilə 5 ildən sonra peşəkar karyerasını bərpa edən Elnar Kərimov oldu.
Komandanın qapıçılar üzrə məşqçisi gözlənilməz addımı barədə saytımıza açıqlama verib:
“Bəli, 5 ildən artıqdır karyeramı başa vurmuşdum. Amma bir müddət idi qayıtmaq barədə düşünürdüm
Sadəcə, gənclərə mane olmaqdan narahat idim. Bu dəfə məcburiyyətdən meydana çıxdım.
Davam etmək fikrim var. Həm də gənclərə örnək olmaq istəyirəm”.
Maraqlıdır, təcrübəli qapışı performansından razı qalıbmı? 38 yaşlı futbolçunu dinləyək:
“Məncə, necə alınması barədə kənardan baxanlar daha dəqiq deyə bilərlər. Düzdür, oyundan sonra məşqçilər çıxışımdan razı qaldı.
Hər halda mənə belə dedilər. Amma mən öz oyunumdan tam razı qalmadım. Düşünürəm ki, növbəti oyunlar daha yaxşı olmalıyam”.
Mingəçevir futbolunun yetirməsi olan Elnar karyerası ərzində “Xəzər Lənkəran”, “Qəbələ” və “Energetik”in formasın geyinib.
Gənclər millimizin sabiq üzvü bir müddət Türkiyə aşağı liqa təmsilçilərində legioner həyatə yaşayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

