"Neftçi" və "Qarabağ"a qoşuldu - Azərbaycan ordusunun komandası

21 Oktyabr 2023 22:40 I Divizion 1 053
"Neftçi" və "Qarabağ"a qoşuldu - Azərbaycan ordusunun komandası

I Liqa təmsilçisi MOİK Azərbaycan futbolu tarixində 300 qələbəyə çatan 5-ci komanda olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komanda V turda “Karvan”ı 3:0 hesabı ilə məğlub etməklə bunu reallaşdırıb.

1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu matçında nail olub.

Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.

Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” 300-dən çox qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti