Futbol üzrə Azərbaycan I Liqasında 5-ci tura yekun vurulub.
Turun son oyununda çempionluğa iddialı "Şamaxı" doğma meydanda "Mingəçevir"i qəbul edib.
Qarşılaşma gözlənilmədən qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Gərgin keçən matçı izləyənlər arasında surpriz qonaq da yer alıb.
Söhbət Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazidən gedir.
İtaliyalı mütəxəssis görüşü ötən il Premyer Liqadan tanıdığı "Şamaxı" rəhbərliyi ilə birgə izləyib.
SPORTİNFO.AZ

