MARAQLI OLAY: Məğlubiyyətdən “doyan” rayon camaatı komandanı bu cür yola saldı - VİDEO+FOTOLAR

20 Oktyabr 2023 16:00 I Divizion 1 201
MARAQLI OLAY: Məğlubiyyətdən “doyan” rayon camaatı komandanı bu cür yola saldı - VİDEO+FOTOLAR

I Liqada debüt mövsümünü keçirən «Araz Saatlı» ilk qələbəsini qazanıb.

İlk dörd həftədə məğlubiyyətlə üzləşən Aran təmsilçisi doğma rayonda «Difai» ilə qarşılaşmada uğursuz gedişata son qoyub.

İlk hissədə məğlub duruma düşən ev sahibləri fasilədən sonra qollarını sıralayıb - 5:2.

Əldə olunan nəticə stadiona toplaşan azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb. Xeyli sayda tərəfdar hakimin final fitindən sonra meydannın kənarına yığışaraq, futbolçuları alqışlayıb.

Komandanın lehinə müxtəlif şüarlar səsləndirərək, futbolçuları paltardəyişmə otağına yola salıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti